“Ağır itkidir, Allah rəhmət eləsin. Zeynəb xanımın özü də müğənni, sənətkar idi. Sənətkar ailəsində dünyaya gəlib. Onun bacısı Nazpəri xanım isə mənə əziz, doğma insandır. Onun ağır günü mənim ağır günümdür".
Bu sözləri müğənni Manaf Ağayev Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva ilə vida mərasimində iştirakı zamanı Bizim.Media-ya açıqlamasında deyib.
Sənətçi Zeynəb xanımın vəfatından kədərlərdiyini bildirib:
"Zeynəb xanımın ölümünü çox gec eşitdim. Səhər Nazpəri xanımının evinə gəldim. Zeynəb xanımla münasibətim normal idi, amma Nazpəri xanım kimi deyil. Nazpəri ilə çox yaxınam. Onunla danışıb, dərdləşirik. Ona insan, dost və sənətkar kimi çox böyük xidmətim var. Nazpəri xanım mənim doğmamdır. Sənətdən əlavə onu dostluğundan yoxdur. Kişi kimi qadındır. Ard-arda Nazpəri xanım oğlunu, qardaş və bacısını itirdi. Çox ağır dərddir".
Bizim.Media-nın əməkdaşının əldə etdiyi məlumata görə, mərhum bu gün saat 12:00 radələrində "Səngəçal" ərazisində yerləşən məzarlıqda torpağa tapşırılacaq.
Zeynəb Dostəliyevanın ailəsi qeyd edib ki, dekabrın sonlarında o, resperator qrip virusuna yoluxub. Bundan sonra vəziyyəti ağırlaşıb. Virus qaraciyərinin fəaliyyətinə mənfi təsir göstərib və dayandırıb. Z.Dostəliyeva son günlər Mərkəzi Neftçilər xəstəxanasında müalicələr alsa da lakin həyatını xilas etmək mümkün olmayıb.
Rəşad Əliyev, Bizim.Media