Aclıq aksiyası keçirən iranlı rejissor azadlığa buraxıldı

Aclıq aksiyası keçirən iranlı rejissor azadlığa buraxıldı

Hazırda oxunan: Aclıq aksiyası keçirən iranlı rejissor azadlığa buraxıldı

118527

İranlı rejissor Cəfər Pənahi həbsdən azad edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə kinorejissorun həyat yoldaşı Tahere Saidi "Deadline" nəşri məlumat verib.

Pənahi iki gün əvvəl həbsxanada saxlanmasına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb.  

O, İranın məhkəmə və təhlükəsizlik qüvvələrini “qanunsuz və qeyri-insani rəftarda” ittiham edib və “cansız bədəni həbsxanadan çıxana qədər” yeməkdən imtina edəcəyinə söz verib.

Rejissorun azadlığa buraxılması xəbərini onun vəkili Saleh Nikbəxt də təsdiqləyib. O, Pənahinin xoşbəxt olduğunu bildirsə də, qeyd edib ki, daha tez buraxılmalı idi.

Qeyd ki, Cəfər Pənahi 2022-ci ilin iyulunda mitinqdə iştirak etdiyinə görə həbs edilib.  O, İranın təhlükəsizlik qüvvələri və hərbçilərindən ölkədəki etirazçılara qarşı güc tətbiq etməməyi tələb edən həmkarları, kinorejissorlar Məhəmməd Rəsulof və Mustafa Əl-Əhmədin azad edilməsini müdafiə edib. 
Pənahi Tehrandakı "Evin" həbsxanasına yerləşdirilib. Məhkəmə onu “hökumət əleyhinə fəaliyyətə” görə 6 il müddətinə azadlıqdan məhrum edib.

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO