Cavanşir fəxri ad almış həmkarlarını BİABIR ETDİ: “Tədrisə ehtiyacı var, amma professordur” - VİDEO 

Cavanşir fəxri ad almış həmkarlarını BİABIR ETDİ: “Tədrisə ehtiyacı var, amma professordur” - VİDEO 

Hazırda oxunan: Cavanşir fəxri ad almış həmkarlarını BİABIR ETDİ: “Tədrisə ehtiyacı var, amma professordur” - VİDEO 

118453

“Mahnının sözləri, aranjimanı düz deyil. Yeni nəsil də eşidəndə o cür səhv oxuyacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Şou xəbər” verilişinə müsahibəsində deyib.

Sənətkar fəxri adı olan həmkarlarının oxuduqları mahnılardakı bir sıra səhvlərə diqqət çəkib:

“Deyir ki, “Bülbüllər gəzər bağı, yar gələr süzər bağı”. Bu sözlərdən siz nə başa düşdünüz? Bülbül bağı gəzə bilər? “Bülbüllər süzər bağı, yar gələr gəzər bağı” olmalıdır. Əgər sən Əməkdar və ya Xalq artisti bu mahnını efirdəbu cür səhv formada oxuyursansa, mən daha sənə nə deyim?

Hamı professor olub. Professorun özünün tədrisə ehtiyacı var. Gəlsin, deyim ona nə lazımdır! Sən professor kimi yox, tələbə kimi oxuyursan. Sən gətir quru kağızı göstər, istedadın olmasa  da, de ki, professorsan... Hansı mövzu üzərində professorluğu müdafiə etmisən? De görüm! “Zabul segahı” ilə “Segah zabul”un yerini səhv salır bu insan. Bu necə professordur? Xalq artisti bunu bilmir amma qarmon ifaçısı, 40 il oxuyan Cavanşir Məmmədov bilir. Daha nə deyəsən? Orta nəsil bunu bildi ki, gələcək nəsil də bilsin?”  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO