Cennifer lüks villasını rekord məbləğə SATIR – FOTO

Cennifer lüks villasını rekord məbləğə SATIR – FOTO

Hazırda oxunan: Cennifer lüks villasını rekord məbləğə SATIR – FOTO

118429

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez lüks villasını satışa çıxarıb.

Bizim.Media “New York Post” nəşrinə istinadən xəbər verir ki, sənətçi 6 il əvvəl aldığı malikanəsini satmaq qərarına gəlib.

Fransız üslublu ev Los-Ancelesin qərb hissəsində, “Bel Ai”r bölgəsində yerləşir.

Eyni zamanda, 2016-cı ildə alqı-satqı zamanı lüks daşınmaz əmlakın dəyəri cəmi 28 milyon dollar (təxminən 47,5 milyon manat) idi, lakin o, artıq 42,5 milyon dollara (təxminən 72 milyon manat) satışa çıxarıb.
Ulduzun iqamətgahında 9 yataq otağı və 13 vanna otağı, bundan əlavə kaminli qonaq otağı, geniş yemək otağı, ev kinoteatrı, idman zalı, bar, kitabxana, aşpaz otağı və havaya baxan teras və hovuz var.

Qonşu ərazidə əlavə qonaq evi, 100 yerlik amfiteatr, orqanik bağ, həmçinin şəxsi göl və qumlu çimərlik var.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO