Mayda Liverpulda keçiriləcək 67-ci “Avroviziya 2023” beynəxalq mahnı müsabiqəsinin şüarı və mövzusu təqdim edildikdən sonra təşkilatçılar bu il müsabiqənin hansı səhnə tərtibatında olacağını da nümayiş etdiriblər.
Bizim.Media xəbər verir ki, nüfuzlu yarışmanın səhnəsinin şəkilləri “Avroviziya”nın rəsmi “Instagram” səhifəsində paylaşılıb.
Səhnənin 450 kvadratmetrdən çox hissəsində hərəkət edən və fırlanan monitorlar, döşəməyə 700-dən çox videokafel, 1500 metrdən çox LED işıqlar quraşdırılıb.
Öz növbəsində, “Avroviziya”ın prodüser dizayneri Hulio Himed bildirib ki, səhnə tərtibatını hazırlayarkən o, Ukrayna, Böyük Britaniya və Liverpul arasındakı mədəni aspektlərə və oxşarlıqlara – “musiqi, rəqs və incəsənətdən tutmuş memarlıq və poeziyaya” diqqət yetirib.
Qeyd edək ki, daha əvvəl müsabiqənin hansı şüar altında keçiriləcəyi məlum olub. Təşkilatçılar Ukrayna bayrağının rəngləri ilə oynadıqları loqo təqdim ediblər.
Həmçinin Liverpulda şounun yarımfinal mərhələsinin püşkatma mərasimi artıq keçirilib.
Azərbaycan təmsilçisi “Avroviziya”ya səhnəsinə müsabiqənin birinci yarımfinalında çıxış edəcək.
Təşkilatçılar mayın 9 və 11-də kimin çıxış edəcəyini müəyyənləşdirib, həmçinin təsisçi ölkələrin və ötənilki qalibin (Ukrayna), Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, İspaniya və Ukraynanın nə vaxt səs verə biləcəyini açıqlayıb. Mayın 13-də isə yarışmanın final mərhələsi keçiriləcək.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:43 / 02.02.2023
“Avroviziya -2023”ün səhnəsi BELƏ OLACAQ – FOTO
Hazırda oxunan: “Avroviziya -2023”ün səhnəsi BELƏ OLACAQ – FOTO
Hazırda oxunan: “Avroviziya -2023”ün səhnəsi BELƏ OLACAQ – FOTO
118080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.