Azərbaycanlı bloqer: “Heç zaman pulun arxasınca qaçmamışam” - FOTO

Azərbaycanlı bloqer: “Heç zaman pulun arxasınca qaçmamışam” - FOTO

Hazırda oxunan: Azərbaycanlı bloqer: “Heç zaman pulun arxasınca qaçmamışam” - FOTO

117978

Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer Hüseyn Həsənov növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, bloqer sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablayıb.

Onlardan birinin “Pul sizin üçün nə kəsb edir?” sualına Həsənov “Pul yalnız məqsədə nail olmaqdır, lakin məqsəd deyil. Heç zaman pulun arxasınca qaçmamışam” cavabını verib.
“Həftə səkkiz, mən doqquz” Moskva-Dubay yolunu “su yolu”na çevirən Hüseynə “Dubaya köçməyi məsləhət görürsən, yoxsa elə Moskva yaxşıdır?” sualına bloqerin cavabı belə olub:

“Moskvanı sevirəm! Moskva ən yaxşı şəhərdir. Dubay da yaxşıdır. İndi mən hər iki şəhərdə yaşayıram. Amma bu o demək deyil ki, birdəfəlik Dubaya köçəcəyəm. Mən Moskvada yaşamışam, yaşayıram və yaşayacağam”.

İzləyicilərdən birinin ünvanladığı “Bəs Azərbaycanı sevirsən?” sualına isə Hüseynovun cavab reaksiyası belə olub:

“Bu nə axmaq sualdır? Səmimi qəlbdən hamını bu gözəl ölkəyə, Azərbaycana səfər etməyi dəvət edirəm. Azərbaycan həmişəlik ürəyimdədir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO