52 yaşlı supermodel Naomi Kempbell qızı ilə birgə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
Bizim.Media xəbər verir ki, övladı ilə Abu-Dabini qarış-qarış gəzən “qara pantera” möhtəşəm və əzamətli Şeyx Zayed məscidində olub.
Başını bağlayan Kempbell varisi ilə əl-ələ məscidin dolaşıb.
Həmin anları isə supermodel sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Onun bu paylaşımı sosial şəbəkə əhli tərəfindən maraqla qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media


