Yaqub Zurufçunun xanımı: “Onsuz bu gün də yaşaya bilmirəm” - VİDEO

Yaqub Zurufçunun xanımı: “Onsuz bu gün də yaşaya bilmirəm” - VİDEO

Hazırda oxunan: Yaqub Zurufçunun xanımı: “Onsuz bu gün də yaşaya bilmirəm” - VİDEO

117811

“Yaqub bəylə (mərhum müğənni Yaqub Zurufçu – red.) televiziyada tanış olmuşuq. 4-5 il bərabər işlədik. Aramızda olan qığılcım yavaş-yavaş parıldayıb. Birdən-birə olmayıb. İş birliyi, sonra dostluq. Özümüz istəmədən baş verib. Birgə çalışdığımız vaxt bir-birimizi tanıdıq. Ondan sonra da aramızda böyük sevgi yarandı”.

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum müğənni Yaqub Zurufçunun həyat yoldaşı Aynur xanım qonaq olduğu “O üz” verilişində deyib.

Sənətkarın xanımı Zurufçu ilə bağlı xatirələrdən söz açıb. Aynur xanım bildirib ki, müğənnidən doğulan övladı Atillanı qarşısında kiçik Yaqub Zurufçu kimi görür:

“Bir insan ki həyatdadır, siz ondan müvəqqəti ayrılanda bilirsiniz ki, gedib hansısa bir şəhərə. Əl uzadırsan, əlin çatır. O artıq dözülməz olur. Onunla bir yerdə olmaq üçün ya o, ya sən mübarizə aparırsan.  Amma araya ölüm girəndə, çox məşəqqətli olur. Stress, yuxusuz gecələr keçirirsən, özünə qapanırsan, reallıqla barışmamaq hislərini yaşayırsan.
Çönüb arxana baxırsan ki, azyaşlı övladın var. Yaqub Zurufçu irsi var. Ayaqda durmaq məcburiyyətində olursan. Onsuz bu gün də yaşaya bilmirəm. Çox çətindir (ağlayır). Təsəllim isə övladımız Atilladır. Yaqub bəy mənə hər zaman dözüm arzulayırdı. Bu həyata məhkumam. Başqa çarəm yoxdur.

Bu cür davam etmək məcburiyyətindəyəm. Atilla qaranlıq yollarıma işıq saça bilir. Yaqub bəy özəl bir insan idi. Onu övladlarına heç zaman bənzətməmişəm.

Bunu tərəfsiz deyirəm, o, unikal bir şəxsiyyət idi. Amma çalışıram Atillada o işığı tapa bilim, güc alım ki, sanki kiçik bir Yaqub Zurufçu qarşımdadır. Onunla həyata davam edirik”.
Qeyd edək ki, Yaqub Zurufçu iki il əvvəl 65 yaşında koronavirusdan dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO