Aktrisa Ülviyyə: “Həyatımın fırtınalı qışını yaşayıram” - FOTO

Aktrisa Ülviyyə: “Həyatımın fırtınalı qışını yaşayıram” - FOTO

Hazırda oxunan: Aktrisa Ülviyyə: “Həyatımın fırtınalı qışını yaşayıram” - FOTO

117802

Aktrisa Ülviyyə Xəlilbəyli şəxsi həyatı ilə bağlı verdiyi açıqlamaları ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkə izləyicilərinin suallarını cavablandıran sənətçi həyatının qış fəslini yaşadığını bildirib.

“Fırtınalı qışı yaşayıram. Uzun zamandır baharı gözləyirəm. “Gömrük”dən keçə bilmir”, - deyə Xəlilbəyli vurğulayıb.

“Avtomobilini, evini, özü yoxsa həyat yoldaşı Murad İsmayıl alıb?” sualına aktrisa “Maşını özüm almışam, evim isə hələ yoxdur. Zamanla o da olacaq” cavabını verib.
Ülviyyə həmçinin kiçik oğlunun qüsurlu olub-olmaması barədə ünvanlanan suala “Qüsuru yoxdur.  Sadəcə olaraq tez nəzərə gəlir” fikrini bildirib.

Xəlilbəyli onu yekəxanalıqda ittiham edən izləyicisinə “Sizə mütləq müalicə lazımdır. Özünüzü qoruyun” sərt reaksiya verib.

Qeyd edək ki, Ülviyyə Xəlilbəyli həmkarı Murad İsmayılla evlidir. Cütlüyün Fuad adlı bir oğlu da var. Bir müddət əvvəl Ülviyyə Muradla aralarında problemlərin olduğunu açıqlamışdı. Murad isə bir neçə gün əvvəl qonaq olduğu “Gündən günə” verilişində Ülviyyədən boşanmadığını bildirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO