Samir Cavadzadə: “Səhhətimdə problemlər var, əməliyyat olunacağam” - ÖZƏL 

Samir Cavadzadə: “Səhhətimdə problemlər var, əməliyyat olunacağam” - ÖZƏL 

Hazırda oxunan: Samir Cavadzadə: “Səhhətimdə problemlər var, əməliyyat olunacağam” - ÖZƏL 

116971

“Moskvada qaldığım zamanda müxtəlif kiçik korparativlərdə çıxış edirdim. Amma toylarda iştirak etmirdim. Moskvaya sırf orada işləmək üçün deyil, səhhətimdə yaranan problemlər səbəbi ilə getmişdim”.

Bu sözləri müğənni Samir Cavadzadə Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi səhhəti ilə bağlı uzun müddət Moskvada müalicələr aldığını söyləyib:

“Pandemiyada Rusiyada, Moskvada idim. Bir müddət sonra Bakıya gəldim və daha sonra yenidən ora qayıtdım. Orada səhhətimdə ciddi problemlər yarandı. Mədə və bağırsaqlarımdan müalicələr aldım. Məsləhət gördülər ki, Moskvada müalicə alım. Orada əməliyyat olunmalı idim. Aldığım müalicələr yaxşı təsir göstərdiyi üçün əməliyyatımı ertələmişəm. Amma yaxın aylarda əməliyyat olunacağam”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO