“Vahid müəllimin açıq ürək əməliyyatı uğurla keçdi. Hazırda evdə müalicələrini davam etdirir. Yaxşı olmağa çalışır, amma hələ də zəifdir”.
Bu sözləri Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla xanım Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
70 yaşlı sənətkarın xanımı aktyorun keçirdiyi ağır əməliyyatdan sonrakı sağlamlıq vəziyyətindən söz açıb:
“Birinci kontrol müayinədən keçib. Evin içində rahat gəzə bilmir. Nəfəs almasında problemi var. Çünki ciyərlərində oksigen çatışmazlığı var. Dərindən nəfəs ala bilmir. Bunların da səbəbi illərlə siqaret alüdəçiliyi və əlavə olaraq əməliyyat zamanı aldığı narkozdur. Bundan narahatlıq keçirir və şikayətlənir. İştahası yoxdur. Amma çalışırıq ki, az da olsa yemək yesin”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:12 / 25.01.2023
Əməliyyat olunan Əməkdar artistin xanımı: “Nəfəs almasında problemi var” - ÖZƏL
Hazırda oxunan: Əməliyyat olunan Əməkdar artistin xanımı: “Nəfəs almasında problemi var” - ÖZƏL
Hazırda oxunan: Əməliyyat olunan Əməkdar artistin xanımı: “Nəfəs almasında problemi var” - ÖZƏL
116612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.