“Qaraca qız”ın Xədicəsi: “Dedim ki, sizin kinonuzda çəkilmək istəmirəm” – VİDEO

“Qaraca qız”ın Xədicəsi: “Dedim ki, sizin kinonuzda çəkilmək istəmirəm” – VİDEO

Hazırda oxunan: “Qaraca qız”ın Xədicəsi: “Dedim ki, sizin kinonuzda çəkilmək istəmirəm” – VİDEO

116609

1966-ci ildə çəkilən və Azərbaycan kinosunun incilərindən sayılan “Qaraca qız” filminin məşhur aktrisası Leyla Axundova açıqlaması ilə diqqət çəkib.   

Bizim.Media xəbər verir ki, sözügedən ekran işində Xədicəni canlandıran Leyla xanım “ATV səhər” verilişinə müsahibəsində filmdə yer alan səhnələrdən söz açıb. 

“Bu filmə baxmıram, çünki baxanda ağlayıram. Valideynlərimin yeganə övladıyam. Gec dünyaya gəlmişəm. Üstümdə hamı əsirdi. Kinoya çəkilmək çox çətindir. Məni aldatdılar ki, Sevil (“Qaraca qız” filmindən “Tutu” obrazını canlandıran Sevil Zeynalova – red.) ölüb. Bunu eşidəndə çox ağladım. Yeddi yaşında qız necə ağlasın? Sonra isə dedim ki, sizin kinonunuzda çəkilmirəm, kinonuzu da istəmirəm. Üç-dörd gün filmə çəkilmədim, onlarla danışmadım”. 

L.Axundova bildirib ki, “Qaraca qızı” filminin çox hissəsini kəsiblər: 

“Bu diplom işi idi. Bu filmə çox pul xərcləndi. Şamil müəllimi dilə-dişə saldılar, elədilər “novella”. Filmi kəsdilər. Xüsusi olaraq bu film üçün Moskvadan çox sayda qaraçılar gəlmişdi. Kadrlarda yer alan ayını belə Moskvadan gətirmişdilər. Film 1 saat 20 dəqiqə olmalıdır. Lakin kəsib 45 dəqiqə etdilər”.

Hazırda uşaqlara musiqidən dərs deyən “Xədicə” həmçinin ilanla olan birgə səhnədən imtina etmək istəsə də, bu, onda alınmayıb: 

“İlandan elə qorxmuşdum ki, hətta qızdırmam qalxmışdı. Hər ilana görə 70 rubl pul vermişdirlər. Anama söylədilər ki, otur kinoya bax, amma Leylini biz özümüzlə aparırıq. Şamil bəy dedi ki, sənin ətəyini açıb, ora ilanı salacağıq. Vedrənin qapağını açdılar, ilan dilini çıxardan kimi... İlanı görən insan necə ola bilər? Dedilər ki, qorxma. Lakin mən çox ayıq uşaq idim. Gördüm ki, çəkiliş heyətinin bir üzvünün əlində taxta vardı. Deyirsiniz ki, ilandan qorxma, bəs siz niyə əlinizdə taxta tutmusunuz? Cavab olaraq söylədilər ki, taxtanı saxlayırıq ki, birdən səni çalmaq istəsə... Bunu dedi, lap qorxdum”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO