Aparıcı Rövşanə: “Hüseynin klarneti qalıb bir tərəfdə, vannasından danışırlar” - VİDEO

Aparıcı Rövşanə: “Hüseynin klarneti qalıb bir tərəfdə, vannasından danışırlar” - VİDEO

Hazırda oxunan: Aparıcı Rövşanə: “Hüseynin klarneti qalıb bir tərəfdə, vannasından danışırlar” - VİDEO

116535

Aparıcı Rövşanə Ağasəfqızının klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə söhbəti diqqət çəkib. 

Bizim.Media xəbər verir ki, ikili qonaq olduğu “Səhərin səsi” verilişində tamaşaçıların incəsənət nümayəndələrinin sənəti ilə deyil, şəxsi həyatları maraqlandığını bildiriblər. 

Hüseyn sözügedən məsələdən narazılığını bildirsə də Rövşanə qarşı tərəflə razılaşmayıb. 

Ağasəfqızı “Tamaşaçıya məşhurların şəxsi həyatı daha maraqlıdır, nəinki sənətləri. Hüseynin klarnet ifaçılığı qalır kənarda. Deyirik ki, şəhər mədəniyyəti formalaşsın... Əvvəllər belə bir şey yox idi, evi, avtomobili.... Əvvəllər məşhurlar bunları deyil, sənət nümayiş edirdilər. Ona görə urbanizasiya qaydaları pozulur. Şəhər mədəniyyəti silkələnib. Hüseynin klarneti qalıb bir tərəfdə, vannasından danışırlar” söyləyərək mövzuya nöqtə qoyub. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO