Mehin Hümbətova da VİRUSA YOLUXDU - FOTO

Mehin Hümbətova da VİRUSA YOLUXDU - FOTO

Hazırda oxunan: Mehin Hümbətova da VİRUSA YOLUXDU - FOTO

116516

Son günlər ölkə ərazisində yayılan virusa müğənni Mehin Hümbətova da yoluxub. 

Bizim.Media xəbər verir ki, bu haqda ifaçı sosial şəbəkə hesabında məlumat yayıb. 

Mehin hərarət ölçən aparatında əks olunan 39 dərəcə qızdırmanın fotosunu izləyiciləri ilə bölüşərək, koronavirusun mutasiya etdiyini bildirib: 

“Neçə gündür evdə qızdırma ilə yatıram. COVİD-19 mutasiya edərək hər dəfə fərqli ştampıyla orqanizmimizi çökdürür. Yeni ilə də 39 qızdırma ilə girmişəm. Bir neçə gün sistemdən sonra özümü daha yaxşı hiss etdiyimi düşündüm və normal həyatıma geri döndüm. Amma bu ştamp heç də əvvəlkilər kimi deyilmiş. Dəfələrlə geri qayıdır və hər dəfəsində insan qızdırmadan əziyyət çəkir. Özünüzü qoruyun, sağlam olun”. 

Qeyd edək ki, Mehin Hümbətova ilə yanaşı müğənnilər Zamiq Hüseynov, Türkan Vəlizadə, aparıcı Aytən Səfərova və digər məşhurlar da sözügedən virusa yoluxublar. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO