Nadir Tünzalə Əliyevanın ölümündən danışdı: “Xərçəng hər şeyə güc gəlir” - VİDEO 

Nadir Tünzalə Əliyevanın ölümündən danışdı: “Xərçəng hər şeyə güc gəlir” - VİDEO 

Hazırda oxunan: Nadir Tünzalə Əliyevanın ölümündən danışdı: “Xərçəng hər şeyə güc gəlir” - VİDEO 

116326

“Tünzalə Əliyevanın ölümü mənə ikiqat təsir etdi. Çünki üç ay əvvəl elə bu xəstəlikdən bacımı itirdim. Xərçəng xəstəliyinin nə qədər ağır olduğunu mən yaxşı bilirəm. Allah heç kimin evinə qismət eləməsin. 20 il xərçəngdən əziyyət çəkən bacım gözümün önündə günü-gündən şam kimi əridi”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Bacısını xərçəngdən itirən sənətçi keçirdiyi hissləri bu sözlərlə ifadə edib:

“Elə bir dərddir ki, elə bir nöqtəyə gəlirsən ki, heç özündə bilmirsən Allahdan nə istəyəsən. O anlarda insan zarıyır,  əziyyət çəkir, çırpınır, ağrılara dözmür. Bunları görüb deyirsən ki, Allah bu insanı ya o yanlıq, ya bu yanlıq et.
Qalıb iki yol arasında. Allah heç bir evə xərçəng xəstəliyini qismət eləməsin. Çox ağır xəstəlikdir. Həm mənəvi, həm maddi tərəfdən… Deyirlər ki, o xərçəng xəstəliyinə pul xərcləməzlər. Doğman önündə əziyyət çəkir, niyə o pulu xərcləməyəsən… Düşünürsən ki, bəlkə kömək oldu, bir az pul xərcləyim, bəlkə kömək oldu. Amma sonunda xərçəng hər şeyə güc gəlir”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO