“Efirlərdə az görsənməyim daha yaxşıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Samira ƏliMəryəm “Sözbaz” maqazin verilişinə müsahibəsində deyib.
Sənətçi efirlərə gec çıxmasının səbəbini belə ifadə edib:
“Efirlərə az çıxmağımın əsas səbəbi verilişlərdə mənə aid olmayan söz-söhbətlərin olmasıdır. Bunlarla mən uyğunlaşa bilmirəm. Bu səbəbdən də efirdə gec-gec görsənirəm”.
Samirə tezliklə daha bir qadın həmkarı ilə duet oxuyacağının anonsunu verib. Adını açıqlamaq istəməsə də, onun Xalq artisti olduğunu söyləyib.
Rəşad Əliyev, Bizim.Media