Həyat yoldaşını itirən Xalq artisti:

Həyat yoldaşını itirən Xalq artisti: "Dedilər ki, onun haqda danışsan, öləcəksən" - VİDEO

Hazırda oxunan: Həyat yoldaşını itirən Xalq artisti: "Dedilər ki, onun haqda danışsan, öləcəksən" - VİDEO

116115

Ötən il dekabrın 29-da həyat yoldaşı Röya Zeynallını itirən Xalq artisti Cavan Zeynallı özünə qapandığını və xanımının 40 günündən sonra mediaya açıqlama verəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, "Space maqazin" verilişinin çəkiliş heyəti sənətkarın hazırki vəziyyətini xəbər almaq üçün onun Xətaidəki mənzilinə yollanıb.

C.Zeynallı çəkiliş heyətinə qapını açsa da, lakin danışmaq istəmədiyini bildirib.

Verilişin müxbirinin bir neçə dəqiqəlik söhbətindən sonra müğənni "Həyat yoldaşım Röya xanımı çox sevirdim. Mən sağ qalmışam. Həkimlər mənə deyirlər ki, onun haqqında danışma.

Danışsan, sən özün öləcəksən. Həkimlər belə deməklə məni qorxudublar. Hər gün ağlayıram. Efirə çıxıb, bunları necə deyim?" sözlərini dilə gətirib.

Qeyd edək ki, Cavan Zeynallının həyat yoldaşı yüksək qan təzyiqindən əziyyət çəkib və yay aylarında iflic olub. Bundan sonra o, müxtəlif xəstəxanalarda müalicələr alıb. Lakin bu müalicələrin faydası olmayıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO