“Toppuş bacı”nın nəşi Heydər Məscidinə gətirildi - FOTO

“Toppuş bacı”nın nəşi Heydər Məscidinə gətirildi - FOTO

Hazırda oxunan: “Toppuş bacı”nın nəşi Heydər Məscidinə gətirildi - FOTO

116095

Xəbər verdiyimiz kimi, uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva bu gün saat 12 radələrində Milli Onkologiya Mərkəzində vəfat edib.

Bizim.Media-nın əməkdaşının əldə etdiyi məlumata görə, sənətçinin nəşi az əvvəl mərkəzdən Heydər Məscidinə gətirilib.

Aktrisanın ailəsindən savayı məscidə mərhumun həmkarları Əməkdar artistlər Ülviyyə Əliyeva, Mətanət Əhmədova, Yusif Mustafayev, aktrisa Sonaxanım Əliyeva da gəlib.

Ailəsinin açıqlamasına görə, hazırda Tünzalənin birinci sinifə gedən altı yaşlı qızı Zəhra anasının vəfatından bixəbərdir. O, hazırda Xırdalandakı evlərində nənəsinin yanındadır.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO