Keçmiş “ANS” teleradio şirkətinin məşhur aparıcısı Ülvira Qarayeva çalışdığı kanal ilə bağlı qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu sosial şəbəkə hesabında illərlə çalışdığı sözügedən kanalın pensiya fonduna ödənişlər etmədiyini üzə çıxarıb.
“Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi. Mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş, demək, hər ay, illərlə soyulmuşam, yağmalanmışam, bu, azmış kimi, gələcəyimdən də oğurlanıb”, - deyə Ülvira bildirib.
Qeyd edək ki, hazırda Ü.Qarayeva “YouTube”-da hər həftə yayımlanan “AStar” layihəsinin aparıcısıdır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:50 / 19.01.2023
Ülvira Qarayeva: “İllərlə “ANS”də soyulmuşam” - FOTO
Hazırda oxunan: Ülvira Qarayeva: “İllərlə “ANS”də soyulmuşam” - FOTO
Hazırda oxunan: Ülvira Qarayeva: “İllərlə “ANS”də soyulmuşam” - FOTO
115604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.