"Həmkarlarım saç rəngləmək, qaş almaq, kiməsə artıq-əskik söz demək, "TikTok" sosial şəbəkə platformasında canlı yayım açıb xoşaqəlməz hərəkətlər etməklə gəlirlər gündəmə".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Yaşar Cəlilov "Şou xəbər" verilişinə müsahibəsində deyib.
İfaçı "qılıncını sıyırıb", görünüşünə bəzək-düzək verən sənət yoldaşlarını qınadı:
"Allah ağlımı başımdan almasın. Heç zaman saçlarıma rəng qoyub, boyatdırmaq istəmirəm. Oğul axtarıram ki, saç rəngləməklə, qaş almaqla və digər hərəkətlərlə deyil, mənim kimi bu formada qalsın".
Rəşad Əliyev, Bizim.Media