Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşı Dövlət Akademik Opera və Balet Teatrının aktrisası Aysel İbrahimova "Səs Azərbaycan - Doğma nəğmələr" müsabiqəsinə qatılaraq, "Gözümdə Leylisən" adlı mahnısını ifa edib və aşıq Samirə Əliyevanın komandasını seçib. Sabahısı gün isə Hüseyn sosial şəbəkə hesabında "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" sözlərini yazaraq, aşıq Samirə ilə dost münasibətinin üstündən xətt çəkib.
Bizim.Media xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı Aysel sosial şəbəkə hesabında videoaçıqlama yayıb.
Həyat yoldaşı ilə eyni fikirdə olan sənətçi aşıq Samirəni sırf Hüseynın dostu olduğundan seçdiyini açıqlayıb. Lakin o, daha sonra bu dostuğun pozulduğuna işarə vurub.
"Aşıq Samirəni ona görə seçmədim ki, o, böyük sənətkardır. Xeyr! Böyük sənətkara qalanda orada Gülyaz Məmmədova var. Gözümü açandan Gülyaz və Gülyanaq bacılarını səhnədə görmüşəm. Onların peşəkar ifalarını dinləmişəm. Sənətkarlığa qalanda isə mən Gülyaz xanımı seçərdim. Aşıq Samirəni isə seçməyimin bir səbəbi vardı. O da Hüseynın dostu idi... Bəli "idi"...
Sırf buna görə onu seçdim. Ola bilər ki, siz indi dediklərimi anlamayacaqsınız. Amma irələyən həftələrdə söylədiklərim hər birinizə aydın olacaq. Gələk Hüseynin yazdığı statusa. Hüseyn çox emosionaldır.
Ona görə də emosional çıxış edib. Amma insanın dediyində həqiqət var. Aşıq musiqisini ifa edən estrada musiqisi haqqında düzgün qərar, rəy bildirəm bilməz. Eləcə də estrada ifaçısı aşıq sənəti haqqında heç nə deyə bilməz. Burada nə var ki? Bu açıq aşkar ortadadır. Heç bir janr heç bir janr haqqında fikir bildirə bilməz. Hərə gərək öz janrında olan insandan düzgün fikir alsın", - deyə Aysel İbrahimova qeyd edib.
Rəşad Əliyev, Bizim.Media