Ölkədən çıxışına qadağa qoyulan Aqil: “Bu məsələ ilə ciddi məşğul olacağam” - AÇIQLAMA

Ölkədən çıxışına qadağa qoyulan Aqil: “Bu məsələ ilə ciddi məşğul olacağam” - AÇIQLAMA

Hazırda oxunan: Ölkədən çıxışına qadağa qoyulan Aqil: “Bu məsələ ilə ciddi məşğul olacağam” - AÇIQLAMA

114611

Rejissor və aktyor Aqil M. Quliyev məhkəməyə verilib. 

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, rejissor barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinə göndərilib. 

İddiaya əsasən, aktyor Aqil Quliyev vergi borcunu bir müddətdir ödəmir. Bu səbəbdən adı çəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edir. Şikayətə Bakı Kommersiya Məhkəməsində baxılacaq. 
Aqil M. Quliyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində məsələyə bu cür münasibət bildirib: 

“İki ilə qədər davam edən pandemiya bütün incəsənət aləminə ziyan vurdu. Həmçinin mənə də, həm mənəvi, həm də maddi. O müddətdə isə işləməyə imkan verilmədi. Belə olan təqdirdə isə işləmədim. Uzun müddətdir ki, heç yerdə çalışmıram. Vergi borclarım yaranıb. Vergi qarmaqarışıqlığı var. Ölkədən çıxışıma qadağa qoyulub, bu məsələ ilə ciddi şəkildə məşğul olacağam”.

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO