Əməkdar artisti Elnarə Abdullayeva növbəti açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində özünü “Mybach” markalı avtomobilə, fonoqram oxuyan həmkarlarını isə “Lada 2106” bənzədib.
Xanəndə keyfiyyətsiz ifaçıların yüksək qonorarla toylarda çıxış etməsinə üsyan edib. O, bunun günahını isə toy sahiblərində görüb.
“Toylarınıza müğənniləri dəvət edirsiniz. Necə olur ki, “Mybach” avtomobilinin qiymətinə insan daşıyan “Lada - 2106” yox, qarpız-yemiş daşıyan “Lada - 2106” alırsız. Qəribə gəlir, necə olur ki, avtomobilinizdə, evinizdə dinlədiyiniz keyfiyyətli musiqini hiss edirsiniz, amma sənətə gəldikdə hər şey tərsinə olur.
Səsin yaxşı və ya pis olduğunu necə olur ki, hiss etmirsiniz? Toy edirsiniz, çalışırsınız ki, məclisinizi yaxşı restoranda edəsiniz. Restorana “Lada 2106” gətirib, bağlayırsınız ora. Deyirsiniz ki, elə bura “Lada 2106” yaraşır. Belə çıxır ki, siz “Lada 2106”, “Lada 2106”da sizə yaraşır. Belə şey olar? Hərənin öz baxış bucağı var. Amma siz belə elədikcə, “Lada 2106” oxuyanlar çoxalır. Sonrada onlar hücum edir “Mybach”ın üstünə”, - deyə Elnarə Abdullayeva qeyd edib.
Rəşad Əliyev, Bizim.Media