Bekhem həftəyə 800 min dollar QAZANIR - FOTO

Bekhem həftəyə 800 min dollar QAZANIR - FOTO

Hazırda oxunan: Bekhem həftəyə 800 min dollar QAZANIR - FOTO

114374

İdman karyerasının zirvəsində Devid Bekhem dəfələrlə dünyanın ən yüksək maaş alan futbolçuları siyahısına daxil edilib. İndi “pensiyaçı” olduğu üçün əfsanə daha çox pul qazanır. “Nə əkirsənsə, onu da biçəcəksən” deyimi lap yerimə düşür.  

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 2022-ci ilin Devid üçün maliyyə baxımından uğurlu olduğu məlum olub.

Bekhemin həftəyə 800 min dollar (təxminən 1,3 manat) qazandığı üzə çıxıb.

Həsəd aparan məbləğ keçmiş idmançının ona və ulduz həyat yoldaşı Viktoriyaya məxsus biznes imperiyasından aldığı dividendlərdən ibarətdir.  

Nəşrin məlumatına görə, təkcə 2021-ci ildə “Beckham Brand Holding” 23 milyon dollar mənfəət əldə edib.

Devid işinə baxmayaraq, ailə büdcəsinə həyat yoldaşından daha çox gəlir gətirir. Futbol əfsanəsi böyük şirkətlərdən əhəmiyyətli qonorar alır. Bekhemin brendi “Electronic Arts”, “Adidas”, “Haig Club” və “Maserati” tərəfindən lisenziyalaşdırılıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO