Tacir onu “manıs” adlandıran İlahəni “yıxıb-sürüdü

Tacir onu “manıs” adlandıran İlahəni “yıxıb-sürüdü": “İt hürər, karvan keçər” - VİDEO

Hazırda oxunan: Tacir onu “manıs” adlandıran İlahəni “yıxıb-sürüdü": “İt hürər, karvan keçər” - VİDEO

114364

Müğənni Tacir Şahmalıoğlu ilə həmkarı İlahə Fəda arasında qalmaqal daha da alovlanıb. İlahənin “Qardaş, get sənətlə məşğul ol. Qardaş dedim üzr istəyirəm qardaşlardan. Biri var musiqiçi, biri də var manıs” deməsi Taciri “cin atına mindirib”. 

Bizim.Media xəbər verir ki, Şahmalıoğlu “Şou xəbər” verilişinə müsahibəsində Fədanın fikirlərini sərt şəkildə cavab verib.

“İlahəyə şəfa arzulayıram, qoy sağalsın. O insan normal deyil. Səviyyəmiz başqadır. Dəfələrlə haqqımda “Böyük ürəyə sahib olan sənətkar bu necə gözəl oxumaqdır” deyən insan  indi mənə qarşı aqressivləşib. İlahə Fəda fanatım kimi gəlib bu sənətə. Pərəştişkarım olub. Məni Fəda Laçına qısqandığı üçün bizi ayırıb. Bunun başqa adı yoxdur. İt hürər, karvan keçər”, - deyə Tacir vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO