Mətanət İsgəndərlinin gəlini: “Başıma bir iş gəlsə onlardan bilin” - VİDEO

Mətanət İsgəndərlinin gəlini: “Başıma bir iş gəlsə onlardan bilin” - VİDEO

Hazırda oxunan: Mətanət İsgəndərlinin gəlini: “Başıma bir iş gəlsə onlardan bilin” - VİDEO

11403

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini başına gələnləri Bizim.Media-ya danışdı. Çox ağır durumda qaldıqlarını, uşaqlarının, özünün hazırda yeməyə çörək pullarının olmadığını dedi. 

Son günlər sosial mediada əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canan Həmidova şəxsi İnstagram hesabında qızının atası Kərim tərəfindən döyülməsi ilə bağlı fotolar paylaşıb.

Fotolarda qızının atası tərəfindən işgəncələrə məruz qaldığı nümayiş olunur. Əsil həngamə də bundan sonra başlayıb.

Canan Həmidova söylədi ki, keçmiş həyat yoldaşı Kərim  qızını iki ay öncə bu şəkildə döyüb:

 

“Mən şəkilləri çəkdim ki, Mətanət İsgəndərliyə göstərim. Onda eyni binada qalırdıq. Qaça - qaça gəldi ki, bəs heç kimə demə, qızı aparıb mən saxlayacam. Uşağını döyməsilə bağlı hüquq mühafizə orqanlarına onda  müraciət etməmişəm".


"Ancaq özümü sonuncu dəfə çox pis döyəndə polisə şikayət etdim. Bir dəfə döydü heç nə demədim. İkinci dəfə döyəndə oğlum məni Kərimin əlindən güclə aldı. Mənim başımı yerə çırpmışdı".

"Ondan sonra gözlərimdə fəsad yarandı, görmə qabiliyyətim çox zəyifləyib. Məni balkondan aşağı atmaq istəyirdi. Ondan sonra qərar verdim ki, ayrılım”.

Canan Həmidova deyir ki, durduq yerə adama şiddət, ağlına gələni etmək onların irsində olan əlamətdir: 

“Mətanət İsgəndərlinin yoldaşında da belə hal olub. Psixoloji pozuntuları olduğuna görə psixi xəstəxanada da yatıb. Həmin əlamətlər indi Kərimdə də var. Elə olub ki, qonağın da yanında uşağı döyüb”.

Müsahibimiz söyləyir ki,  əməkdar artist Mətanət İsgəndərli onu aldatdı:

“Mənə dedi ki, Canan sən bu uşaqların gələcəyini düşünmə, karyeralarını quracam. Onları yaxşı yaşadacam. Məndə oturdum. Özümə heç bir iş, güc qurmadım. Uşağın gələcəyi üçün heç nə etmədim".

"İndi o qədər sıxıntılar içindəyik ki, hər şey bir yana uşaqların alimentini belə vermir. Bir gün kirayə qaldığımız evdə işıqları kəsiblər".

 

"Uşaqlarım yalvarandan sonra bizə 150 manat göndərdi. Əlimdən maşınımı alıb ögey oğluna verib. Gecə - gündüz toylara gedən müğənninin necə olur, beş manat pulu yoxdu? Karantin müddətində də Rusiyada ilgünü toylardaydı".


"Hər şeyi qəsdən edirlər. Ağzımı açıb danışandan bu yana məni çoxlu şantaj edirlər".

"Fanataları da məni qınayır. Onun ordusu çoxdur, yetim qızam kim mənim arxamda duracaq? Başıma bir iş gəlsə onlardan bilin. Bunu mən tədqiqatçıya da demişəm”.

Gülşanə Mustafayeva, Bizim.Media
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO