Xərçəngdən əziyyət çəkən Əməkdar artist qızıllarını, evini satdı - VİDEO

Xərçəngdən əziyyət çəkən Əməkdar artist qızıllarını, evini satdı - VİDEO

Hazırda oxunan: Xərçəngdən əziyyət çəkən Əməkdar artist qızıllarını, evini satdı - VİDEO

114012

Xərçəngdən mübarizə aparan Əməkdar artist Gülbahar Şükürlü xaricdə müalicəsi üçün qızıllarını, evini, bağ evini satıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişində deyib.

“Müalicəsinə 100 mindən çox pul xərcləyib. Heç kimə ağız açmayıb, bağını, evini, qızıllarını satıb. Hazırda ancaq bir evi qalıb”, - deyə Tolik vurğulayıb. 

G.Şükürlü Tolikin bu sözlərinə qarşılıq verərək, on ildir ki, xərçənglə mübarizə apardığını söyləyib:

“Türkiyədə və Moskvada mənə diaqnoz qoydular. İndi də müalicəm burada aparılsa da, həkimlərim oradadır. İlk iki il ailəmdən gizlətdim. Hətta xəbəri olan rəfiqəmə deyirdim ki, desən, səni danışdırmayacağam. İstəmirdim efirdə deyim, düşünürdüm ki, şən mahnılar ifa edə bilmərəm. Kimyaterapiyanın biri 3 min manatdır”.

Rəşad Əliyev, Bizim.Media
 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO