Şirkət sahibi olan aktrisa Xuraman: “Daha bir biznesə başlayıram” - VİDEO

Şirkət sahibi olan aktrisa Xuraman: “Daha bir biznesə başlayıram” - VİDEO

Hazırda oxunan: Şirkət sahibi olan aktrisa Xuraman: “Daha bir biznesə başlayıram” - VİDEO

113957

“Kiçik su şirkətim var. Evlərə su çatdırırıq. Su şirkətimizlə artıq öz sözümüzü demişik. Digər biznes də açmaq istəyirəm. Bu isə şirniyyatlarla bağlıdır. O şirniyyatları isə özüm və yanımda çalışan xanımlar bişirəcək”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Xuraman Əlizadə qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Sənətçi bildirib ki, yaxın günlərdə şirniyyat biznesinə başlayacaq:

“Təmizlik mənim üçün çox önəmlidir. Bunun üçün bişirəcəyimiz şirniyyatların tərkibi yüksək keyfiyyətli məhsullardan istifadə edəcəyik. Amma hamının cibinə münasib qiymətlər olacaq. Məhsulları hələki onlayn formada satacağıq. Pəhriz şirniyyatları olmayacaq. Çünki pəhriz mənlik deyil”.

Verilişin aparıcısı Tural Əsədovun aktrisanın müsahibələrin birində söylədiyi “Nəhayət ki, mənə də ər çörəyi yemək qismət oldu” fikirlərinə yenidən münasibət bildirməyini istəyib.

Əlizadə isə “18 yaşımdan çalışıram. Ailə qurmağıma da çox sevinirəm. Hər bir xanım istəyər ki, əl yox, ər çörəyi yesin. Şükür ki, həm əl, həm də ər çörəyi yeyirəm” cavabını verib. 
Daha sonra Tural Xuramanın söylədiyi “Evə pulu ən çox mən gətirirəm” sözlərinə aydınlıq gətirməsini istəyib. Aktrisa isə “O zamanlar... İşlərim yaxşı olanda. İndi isə belə deyə bilmərəm. Allah başımdan vurar. Bu sözsüz ki, belədir. Görünən kəndə nə bələdçi? Tədbirlər, xına və toy məclisləri, aparıcılığım, serial çəkilişləri və sairə vardı... Qazancım istər-istər istəməz ərimdən çox idi. İndi isə belə deyə bilmərəm. Mənim üçün həyatda ailədə olan huzur, rahatlıq yoxdursa, sənət həyatım da yoxdur. O saat məhv olaram” fikirlərini ifadə edib. 

Qeyd edək ki, X.Əlizadə Murad adlı şəxslə evlidir. Bu, onun ikinci evliliyidir. Xuraman Murad cütlüyünün bir oğlu var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO