Parklarda gecələyən azərbaycanlı aktrisa: \

Parklarda gecələyən azərbaycanlı aktrisa: \"Ərim rəfiqəmlə mənə xəyanət etdi\" - VİDEO 

Hazırda oxunan: Parklarda gecələyən azərbaycanlı aktrisa: \"Ərim rəfiqəmlə mənə xəyanət etdi\" - VİDEO 

113908

"Bütün həyatım gözümün önündədir. Atam müharibədə yaralandı. Çox yaşamadı. Həmçinin də anam. Anam heç yadıma düşmür. Bacımı isə sonradan tapdım. O, evdə mən isə uşaq evində böyümüşdüm. İsinişə bilmirdim".  

Bizim.Media xəbər verir ki, bu sözləri beş il əvvəl "Tərəqqi" medalına layiq görülən aktrisa Sona Babayeva "ATV səhər" verilişinə müsahibəsində deyib.  

81 yaşlı sənətkar gənclik illərinə qayıdaraq, yaşadığı acı həyatından bəhs edib. Sona xanım bildirib ki, o altı ay oturacaqda gecələyib: 

"Uşaq evindən çıxdıqdan sonra qalmağa yerim yox idi. Kolların arasında olan oturacaq var idi. Girirdim ora, balış əvəzi çantamı başımın altına qoyub həmin otaracaqda büzüşüb orada yatırdım. Səhər tezdən isə küçələrdə təmizlik işləri görənlər gəlirdi. Onların süpürgələrinin səsini eşidən kimi dururdum ayağa və oradan qaçırdım. Altı ay mən çöldə qaldım. Universitetə daxil oldum. Amma qalmağa yerim yox idi. Hər həftə bir məşhurun (adlarını çəkir videoda - red.) evində gecələyirdim".  

S.Babayeba həyat yoldaşının ona aktrisa rəfiqəsi ilə xəyanət etdiyini dilə gətirib:

"Teatrda işləyəndə yaxşı günlərim olurdu. Səhnədə olanda mən xoşbəxt olurdum. Amma bu xoşbəxtlik sona kimi olmadı. Ailəmi sevib qurmuşdum. Lakin o, naxələf çıxdı. Aramıza rəfiqəm girdi. O da aktrisa idi. Rəhmətə gedib. Ona öz bacım, qızım kimi baxırdım. Ancaq o, mənə xəyanət etdi. Ondan sonra dedim ki, uşağımın atası ölüb. Oğlumu tək böyütdüm. Ona sənət də verdim. İnsanlar var idi ki, mənimlə ailə qurmaq istəyirdilər. Ancaq ilk həyat yoldaşım naxələf çıxdığına görə, ikinci dəfə ailə həyatı qurmaqdan qorxdum".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO