Ronaldo lüks otelin 17 otağını kirayələyib - FOTO

Ronaldo lüks otelin 17 otağını kirayələyib - FOTO

Hazırda oxunan: Ronaldo lüks otelin 17 otağını kirayələyib - FOTO

113796

Xəbər verdiyimiz kimi, dünya futbolunun ulduzu Kristiano Ronaldo ona saysız-hesabsız sərvət vəd edən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə müqavilə imzalayıb və artıq məşqlər üçün başqa ölkəyə yollayıb.  

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, futbolçu kralsayağı “Four Seasons” otelinin 99 mərtəbəsində məskunlaşıb. 

Ronaldo və onun böyük ailəsi üçün eyni anda iki mərtəbə və 17 otaqdan ibarət kral otaqlarını ayırıblar.  

Nəşrin yazdığına görə, belə bir otağın kirayəsi Ronaldoya nə az nə çox, ayda 302 min dollara başa gələcək. Ulduz futbolçu adına layiq daha dəbdəbəli bir yaşayış yeri tapana kimi orada məskunlaşmağı planlaşdırır. 
Ronaldo övladları və sevgilisi Corcina Rodrigeslə birlikdə ölkənin ən hündür binalarından birində dəbdəbəli mənzillərdə yaşayacaq.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO