Nisə Qasımova:

Nisə Qasımova: "Əgər müğənni hamiləliyini efirdə göstərirsə, ona həyasız deyirlər" - VİDEO 

Hazırda oxunan: Nisə Qasımova: "Əgər müğənni hamiləliyini efirdə göstərirsə, ona həyasız deyirlər" - VİDEO 

113454

"Elə vaxtlar olub ki, çemodanlarla pul qazanmışam. Amma onları paylaşmağı bacarmışam. Elə olub ki, bir manat pulum olmayıb, onu da paylaşmağı bacarmışam. Mənəvi kimliyinin balansını mütləq qoruyub, saxlamalısan. Çünki ondan gözəl şey yoxdur".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova qonaq olduğu "Açıq söhbət" verilişində deyib.

68 yaşlı sənərkar hamiləliyini efir vasitəsi ilə nümayiş etdirən və çimərlik geyimində səhnəyə çıxan gənc həmkarlarını həyasız adlandırıb.

"Əgər bir müğənni hamiləliyini, dəniz kənarında çimərlik geyimində özünü nümayiş etdirirsə, ona həyasız deyirlər. Yəni həyası olmayan deyirlər və ya fotosessiya edir, cürbəcür pozlarda bunun adı nədir? Gözəl geyinən müğənnilərimizi öpürəm. Amma müəyyən şeylər var ki, əndazəni keçməmək, qorumaq lazımdır", - deyə Nisə Qasımova fikirlərini ifadə edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO