Müğənni Safura Əlizadə həyat yoldaşı Fərhad Əliyev və övladları ilə birlikdə istirahətə yollanıb.
Bizim.Media xəbər verir ki, Bakını tərk edən cütlük istirahət üçün Qubaya üz tutub.
Safura tətil zamanı övladlarının və həyat yoldaşının lentə aldığı görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Fərhad Əliyev keçmiş energetika naziri, mərhum Natiq Əliyevin oğludur. Safura - Fərhad cütlüyünün Ayşə adında bir qız, İsgəndər və Natiq adlı iki oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media