"Ziyanlı şeylərə çox xəsisəm və pul xərcləmərəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.
Sənətçi bildirib ki, geyimlərinə hədsiz dərəcədə çoxlu pullar xərcləyir:
"Məsələn bu gün təcili mənə pencək almaq lazımdır. Pencəkdən başqa nə istəyirsiniz alıram, amma pencək qalır kənarda. Deyirlər ki, axı, biz pencək almağa getmişdik. Cavabında söyləyirəm ki, siz bilmirsiniz, amma aldıqlarım mütləq nə zamansa, lazım olacaq. Sonra həqiqətən lazım olur".
Verilişin aparıcısı Zaur Baxşəliyevin "Alıb, geyinib, istifadə etdiyiniz səhnə geyimlərini sonra nə edirsiniz?" sualına pop diva "O geyimlərin hamısı qalır məndə. Stilistlərim o geyimləri başqa cür kombin edirlər. Sonradan onları geyinirəm", cavabını verib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:00 / 02.01.2023
Aygün Kazımova: "Ziyanlı şeylərə pul xərcləmirəm" - VİDEO
Hazırda oxunan: Aygün Kazımova: "Ziyanlı şeylərə pul xərcləmirəm" - VİDEO
Hazırda oxunan: Aygün Kazımova: "Ziyanlı şeylərə pul xərcləmirəm" - VİDEO
112832
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.