Sevil-Sevinc:

Sevil-Sevinc: "2022-ci ildə həyatımızdan bir çox insanları sildik" - VİDEO 

Hazırda oxunan: Sevil-Sevinc: "2022-ci ildə həyatımızdan bir çox insanları sildik" - VİDEO 

112824

"Dost, ailə problemləri baxımından 2022-ci il heç düşərli olmadı bizim üçün. Hədsiz dərəcədə çox itirdik. O yükü isə daşımaq istəmədim".  

Bizim.Media xəbər verir ki, bu sözləri Sevil-Sevinc Səfərova bacıları qonaq olduqları "7 canlı" axşam şousunda deyiblər.  

Sevinc açıqlamasında bildirib ki, 2022-ci ildə həyatından sildiyi insanlar çox olub:

"Həyatımdan sildiyim bir çox insanlar oldu. Nə yaxşı ki, onları sildim. Üzümə gülüb, arxamca min söz deyənlər. Evimdə çörək kəsib, mənimlə bərabər gülüb-ağlayıb, arxamca çox pis sözlər danışan insanlar həyatımda olmasalar daha yaxşıdır. Ona görə 2023-cü ilə pozitiv enerji ilə girmişik. Yeni dostluqlar deməyim, çünki artıq yeni dostlar qazanmaq istəmirik. Bəs elədi (gülür)... Amma etibarlı dostlarımız da az deyil. Bəylər daha çoxdur, çünki bəylər dostluğu sözün əsl mənasında bacarırlar". 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO