Aşıq Zülfiyyənin müğənni oğlu anasının “Instagram” hesabını NİYƏ BAĞLAYIB? - VİDEO

Aşıq Zülfiyyənin müğənni oğlu anasının “Instagram” hesabını NİYƏ BAĞLAYIB? - VİDEO

Hazırda oxunan: Aşıq Zülfiyyənin müğənni oğlu anasının “Instagram” hesabını NİYƏ BAĞLAYIB? - VİDEO

112276

“Anam Zülfiyyə xanıma ikitərəfli baxmışam. Həm ana olaraq, həm də aşıq Zülfiyyə olaraq. Mənim kimi yeni efirə çıxan müğənnilərin sosial şəbəkələrə ehtiyacı var. Bu da reklama görə lazımdır ki, irəli gedə bilsin. Amma neçə illərdir anam səhnədədir. Düşünürəm onun sosial şəbəkələrə ehtiyacı yoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadovanın oğlu Babək anası ilə birgə qonaq olduğu “Xeyirli axşamlar” verilişində deyib.

Müğənni anasının “Instagram” hesabını bağlatdırmasını bu cür ifadə edib:

“Anamın “Instagram” hesabını bağlatmağım səbəbi onun heç kimin dilinə düşməməsidir. Düzdür anam bunlara riayət edir. Amma kənardan baxanda yenə də təkan lazımdır”.

Aşıq Zülfiyyə isə oğlunun bu sözlərinə bu cür haqq qazandırıb:

“Bir müğənninin oğluna anası ilə bağlı sual veriblər. O da cavab olaraq deyib ki, anamın öhdəsindən gələ bilmirəm. Oğlum Babək də bunu sosial şəbəkədə görüb, məəttəl qalıb ki, bu nə deməkdir. Olmaz belə şeylər danışmaq”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO