Müğənni Elton Hüseynəliyev karantin günlərində maddi sıxıntılar çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişində danışıb. O bildirib ki, pulsuzluqdan avtomobilini satıb:
"Bundan əvvəl işləmişik, pul qazanmışıq. Sənət adamına ağlamaq yaraşmaz. İki avtomobilim var idi, birini satdım. Bir ay əvvəl satışa çıxardım.
"Üzülmədim, sevindim ki, əlimə pul gəldi. Maşının satılması dadıma da çatdı. 22 min dollara satdım".
"Sənət dostlarım arasında Nadir Qafarzadə mənə yardım etdi. Biz ailə dostuyuq, mənə yardımı dəyib".
Elton Əməkdar artist Teymur Əmrahın da evini satdığını bildirib:
"Bir gün qapı döyüldü, gördüm Teymur müəllim gəlib, cibi də dolu. Evi satıb, pulları da cibinə doldurub. Bir az mənə də yardım etdi. Deyirəm, niyə mənzilinizi satdınız? Deyir ki, vəziyyət yaxşı deyil, həm ucuz ev alım, həm də qara günə pul saxlayım. Amma yeni ev də aldı".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:41 / 08.02.2021
Pandemiyada evini və maşınını satan müğənnilərimiz - FOTO
Hazırda oxunan: Pandemiyada evini və maşınını satan müğənnilərimiz - FOTO
Hazırda oxunan: Pandemiyada evini və maşınını satan müğənnilərimiz - FOTO
11222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.