Bəhram xanımı HAQDA:

Bəhram xanımı HAQDA: "Həyatımda olmasaydı artıq bu dünyadan getmişdim" - VİDEO 

Hazırda oxunan: Bəhram xanımı HAQDA: "Həyatımda olmasaydı artıq bu dünyadan getmişdim" - VİDEO 

112010

"Yeganə xanım var idi hansı ki, məndən xoşu gəlmirdi, hansı ki, özündən uzaq tuturdu məni. Deyirdi ki, kimdir ki o, nə olsun burdadır. Haqqımda başqa söz də demişdi. Söylədim ki, doğurdan, yaxşı, baxarıq. İndi o həmin xanım 22 ildir ki, övladlarımın anasıdır". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Planet Parni iz Baku" KVN teatrının aktyoru, Əməkdar artist Bəhram Bağırzadə qonaq olduğu "Sözbaz" maqazin verilişində deyib.  

Bəhram həyat yoldaşı Şəhla Bağırzadədən söz açıb. Aktyor bildirib ki, koronavirusdan müalicə aldığı zaman xanımı onu ikinci dəfə həyata qaytarıb:

"Ailə qurmamışdan əvvəl Şəhla xanım məni iqnor eləmişdi. 22 ildir ki, biz bir yerdəyik. Allah ömür versin. O insan məni dartdı çıxartdı, o dünyadan gətirdi. Çünki o mənim həyatımda olmasaydı mən artıq getmişdim. Koronavirusa yoluxduğum zaman və vəziyyətim ağır olanda Şəhla xanım lazımi yerlərə zəng vurdu, lazımi insanlarla danışdı. O, yanımda oldu. Ömrümün axırına kimi ona hörmət edəcəyəm.

Hələ olmayıb ki, ona "Yox" deyim. Hər zaman ona "Hə" demişəm. Çalışıram onun üçün gözəl şərait yaradım. 20 gün ərzində mən komada, 92 gün yataqda olanda bu insan məndən əl çəkmədi, yanımda oldu. Düzdür hərdən olur qadındır nəyəsə, söz edir. Bəlkə bunu belə edək və s.".  
Qeyd edək ki, Bəhram Bağırzadə ixtisasca uşaq nevropotoloqu olan Şəhla Bağırzadə ilə ailəlidir. Cütlüyün bu nikahdan Tahirə adlı qızı, Cavid adlı oğlu var.    

Rəşad Əliyev, Bizim.Media
 



 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO