Manaf:

Manaf: "Toylarda fonoqram oxuyanlar daha çox pul qazanır" - VİDEO 

Hazırda oxunan: Manaf: "Toylarda fonoqram oxuyanlar daha çox pul qazanır" - VİDEO 

111811

"Toyda görürsən ki, ansambl olmadan müğənni yarım saat mahnı oxuyur. Həmin müğənni yarım saat gəlir, fonoqramını qoyur, oxuyur, pulunu alır, çıxır gedir. Fonoqram oxuyanlar canlı oxuyanlardan daha çox toya gedir".  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Şou xəbər" verilişinə müsahibəsində deyib.  

Sənətçi toylarda fonoqram oxuyan həmkarlarını hədəf alıb. Manaf bildirib ki, ən çox qonorar alan və toyların sayı ilə öyünən elə fonoqram oxuyan ifaçılardır:

"Onların ifa etdiyi beş mahnının üçü fonoqram olur. Fonoqram oxuyan sənətçilər canlı oxuyanlardan daha çox el şənliklərinə gedirlər və baha qiymətə gedirlər. Artıq bu qəbul olunub. Canlı oxuyub mahnını daha da pis günə qoyacaq elə hazır variantda fonoqram oxuyur da...

Müğənnilərin oxuyaraq can yandırmaqları qaldı palatka toylarında. O toylar isə qutardı. Toy sahibi gözəl bilir ki, o qonorara gələn müğənni fomoqram oxuyur. Toy sahibi də bunu qəbul edir".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO