Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın həyat yoldaşı Ziya evində çəkiliş olmasına icazə verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Zaurla günaydın” səhər şousunda qonaq olan sənətçi məlumat verib.
Sözügedən verilişin aparıcısı Zaur Baxşəliyev canlı efirdə bildirib ki, Məmmədovanın mənzilində çəkiliş qrupu ilə qonaq olmaq istəyib, lakin Xalq artistinin həyat yoldaşı buna qarşı çıxıb.
Zaurun “Mən hələ Ziya ilə danışacam. Sənin evində bir adam olar, orada Ziya qapı açar, hansısa televiziyadan evinizə gələrlər...” sözlərinə Gülyanaq “Nə vaxt gəlsəz, qapım, süfrəm açıqdır. Amma kamera ilə yox. Həyat yoldaşım sevmir, mən də o qaydanı qoruyuram. İstəmir evində kamera olsun, deyir ki, sənin sənətin maraqlıdır insanlara, sözün var efirdə danış” cavabını verib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:51 / 24.12.2022
Xalq artistinin əri Zauru kamerayla evinə buraxmadı – VİDEO
Hazırda oxunan: Xalq artistinin əri Zauru kamerayla evinə buraxmadı – VİDEO
Hazırda oxunan: Xalq artistinin əri Zauru kamerayla evinə buraxmadı – VİDEO
111414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.