İnfarkt keçirən Vahid Əliyev:

İnfarkt keçirən Vahid Əliyev: "Siqaret çəkməklə ürəyimi yüklədim" - VİDEO 

Hazırda oxunan: İnfarkt keçirən Vahid Əliyev: "Siqaret çəkməklə ürəyimi yüklədim" - VİDEO 

111348

"Bir aydan çox idi ki, səhhətimdə bu proses gedirdi. Ürəyimin sancmalarından hiss edirdim bunları. Elə məsələlərdə çox dərinə gedən insan deyiləm. Teatrda işlərim çoxaldı. Səhər saat 10:00-dan axşam saat 22:00 kimi hər gün işləyirdim. İşləyəndə də hər fasilə yarandıqda qaçırdım siqaret çəkməyə. Özüm də hiss edirdim ki, siqaret çəkməklə ürəyimi yükləyirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev xəstəxananın palatasından "Təsir dairəsi" ictimai-sosial verilişinə müsahibəsində deyib.  

Ötən gecə səhhəti qəflətən ağırlaşan və infark keçirən 70 yaşlı sənətkar başına gələn xoşaqəlməz anı bu cür dilə gətirib: "Ötən gün ictimai-sosial verilişlərin birindən çıxıb evə gəldim.

Ürəyimin ağrımağını hiss etdim. Gəlinimə söylədim ki, mənə ürək dərmanı versin.

O preparatı içsəm də, gördüm ki, "O xına, bu xına deyil". Yatdım! Gecə saat 02:00 radələri idi, ürəyim çox möhkəm ağrımağa başladı. Möhkəm tutdu. Artıq bacara bilmədim. Dərhal həyat yoldaşıma vəziyyətimin pis olduğunu söylədim. Evə təcili tibbi yardım çağırdıq. Onlar gəlib məni müayinə etdilər. Səhərə kimi yata bilmədim. Canınızın qədrini bilin.

Cana zamanında qiymət vermək lazımdır. Əgər zamanında sağlamlığınızın qədrini bilməsəniz, mənim günümə düşəcəksiniz. Özüm sanki bilərəkdən bu yolu (siqareti nəzərdu tutur - red.) gedirdim. Canınızın qədrini bilin ki, xəstəxanaya düşməyəsiniz".  

Qeyd edək ki, V.Əliyevin həyat yoldaşı Tamilla xanım Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, aktyor 10 gün xəstəxanada həkimlərin ciddi nəzərətində qalacaq. Bu müddət ərzində qanı duruldulandan sonra onun üzərində açıq ürək əməliyyatı aparılacaq.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO