Qurd birinci və ikinci evliliyindən olan övladları ilə BİR ARADA - FOTO 

Qurd birinci və ikinci evliliyindən olan övladları ilə BİR ARADA - FOTO 

Hazırda oxunan: Qurd birinci və ikinci evliliyindən olan övladları ilə BİR ARADA - FOTO 

111118

Qurd ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminov birinci və ikinci evliliyindən olan uşaqları ilə yeni il fotosessiyası etdirib.  

Bizim.Media xəbər verir ki, sənətçi boşandığı birinci xanımından dünyaya gələn iki oğlan övladı və hazırda ikinci ailəsi pianoçu Leyla Namazzadədən dünyaya gələn qızı Suğra ilə birlikdə obyektiv qarşısına keçib.  

Qurd övladları ilə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Repçi uşaqları ilə yayımladığı şəkillərə "Xoşbəxtliyi başqa cür necə ifadə etmək olar? Hər zaman birlikdə, sevgi ilə, çox sevirəm!" şərhini yazıb.  
Qeyd edək ki, Fərid Eminov məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızı pianoçu L.Namazzadə ilə evlidir. Bu, Fəridin ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO