Gülüstan Əliyeva: “Tələbəni sıxıb, “suyunu çıxardıram” - VİDEO

Gülüstan Əliyeva: “Tələbəni sıxıb, “suyunu çıxardıram” - VİDEO

Hazırda oxunan: Gülüstan Əliyeva: “Tələbəni sıxıb, “suyunu çıxardıram” - VİDEO

111078

“18 ildir ki, Milli Konservatoriyada dərs deyirəm. Zəif tələbəmiz də olub, güclü də. Onların bir çoxları artıq Əməkdar artist fəxri adı daşıyırlar, səhnəmizdədirlər”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

Verilişin aparıcısı İslam Mehrəliyevin “Heç olub ki, hansısa məşhur zəng edib sizə qohumunu və ya tanışını tapşırtdırıb?” sualı ilə G.Əliyevaya müraciət edib.

Sənətçinin cavabı isə belə olub:

“Bu günə qədər belə bir hal olmayıb ki, kimsə zəng edib hansısa tələbini mənə tapşırsın. Belə bir hal təcrübəmdə olmayıb. Deyiblər ki, bu tələbəyə daha çox diqqət ayırın. “Sıxın, suyunu çıxardın”. Ona daha çox dərs verin”.
Verilişin aparıcısı Mətanət Əliverdiyevanın “Tələbəni "sıxıb, suyunu çıxardan” insana oxşayır Gülüstan Əliyeva?” sözlərinə Əməkdar artist “Xeyr, oxşamır. Elə özüdür ki, var!” cavabını verib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO