Lalə ikinci dəfə ƏRƏ GEDİR? - VİDEO

Lalə ikinci dəfə ƏRƏ GEDİR? - VİDEO

Hazırda oxunan: Lalə ikinci dəfə ƏRƏ GEDİR? - VİDEO

110547

“Heç bir qadın sevgisiz yaşamağa məhkum deyil. Hər kəsin sevmək, xoşbəxt olmaq haqqı var. Sevgi həyatım sakit gedir. Sevgi o qədər gözəl duyğudur ki... İnsanı həyata bağlayıb, motivasiya verir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Şou xəbər” verilişinə müsahibəsində deyib.

Hazırda eşq yaşadığını etiraf edən sənətçi ilk uğursuz evliliyindən peşmançılıq çəkmədiyini dilə gətirib.

“Ailə dağılması hər kəsin başına gələ bilər. Bir işi görüb peşman olmaq daha yaxşıdır, nəinki tərsinə... Yaş keçdikcə bu, insana çox əziyyət verir. Həyatımda yaşadıqlarım heç bir şeyə görə peşman deyiləm. Allah bundan sonrakı peşmançılıqlarından qorusun”.

L.Məmmədova müsahibəsini “Böyük qızım deyir ki, ana ailə qur” sözlərilə bitirib.

Qeyd edək ki, Lalə Məmmədova İlham Qafarov adlı şəxslə 2004-cü ildə ailə qurub. Cütlük 2013-cü ildə boşanıb. Onların Nərgiz və Çinarə adında iki qızları var. Bir müddət əvvəl Lalə müsahibələrinin birində eşq yaşadığını etiraf edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO