Gökhan Özen 43 yaşında infarkt keçirdi - FOTO 

Gökhan Özen 43 yaşında infarkt keçirdi - FOTO 

Hazırda oxunan: Gökhan Özen 43 yaşında infarkt keçirdi - FOTO 

110373

Türkiyənin məşhur pop ulduzu Gökhan Özen infarkt keçirib.  

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.  

“Dünən gecəyarısı Los-Ancelesdəki evimdə infarkt keçirdikdən sonra xəstəxanada bir müddət nəzarət altında qaldım və evə buraxıldım. Belə xəbərləri sizinlə bölüşmək istəməzdim, amma yaxşı günlər də var, pis günlər də. Bundan sonra müayinələri davam etdirməyi və stressdən uzaq çox sakit bir həyat sürməyi planlaşdırıram. Allaha əmanət”, - deyə Gökhan bildirib.   
Qeyd edək ki, 43 yaşlı G.Özen hazırda Amerikada yaşayır. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO