Mehriban Xanlarova:

Mehriban Xanlarova: "Zeynəb xanım heç yerə köçməyib, Bakıdadır" - ÖZƏL

Hazırda oxunan: Mehriban Xanlarova: "Zeynəb xanım heç yerə köçməyib, Bakıdadır" - ÖZƏL

110288

"İctimai" televiziyanın "Telegram" kanalı Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycandan Türkiyənin İstanbul şəhərinə köçdüyü haqda məlumat yayıb.

Məsələ ilə əlaqədar sənətkarın qardaşı qızı Əməkdar artist Mehriban Xanlarova ilə Bizim.Media-nın əməkdaşı ilə əlaqə yaradıb.

Aktrisa yayılan xəbərlərin yalan olduğunu bildirib:

"Bu yalan xəbərlərdir. Zeynəb xanım evində-eşiyindədir. Bu xəbərləri yayanlar onu sevməyən insanlardır. Zeynəb xanım heç yerə köçməyib. O, Bakıdadır. İnşallah yenə də hər zaman olduğu kimi AzTV-də dekabrın 31-i Yeni il proqramında çıxışı olacaq".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO