Jony”nin əmisi xanəndə Xanhüseyn efirlərə NİYƏ ÇIXMIR? - VİDEO

Jony”nin əmisi xanəndə Xanhüseyn efirlərə NİYƏ ÇIXMIR? - VİDEO

Hazırda oxunan: Jony”nin əmisi xanəndə Xanhüseyn efirlərə NİYƏ ÇIXMIR? - VİDEO

110260

"Toylara getmirəm. Gedəndə də az olur. Ev yiyələri əl çəkmir. Deyir gəl xeyir dua ver. Belə şeylərə görə mən də, oğlum da toya gedirik. Məndən öncə də ailəmizdə müğənnilər olub. Sonuncu da "Jony"dir (müğənni Cahid Hüseynli - red.). Bilmirəm tamaşaçıların nə qədər yaddaşında qalmışam".

Bizim.Media xəbər verir ki, bu sözləri xanəndə Xanhüseyn Hüseynov qonaq olduğu "Günün sədası" verilişində deyib.

Uzun zamandır efirlərdən uzaq düşən sənətkar bildirib ki, o, bir neçə dəfə həmkarlarına verilişlərə bir yerdə çıxmağı təklif etsə də, onlardan səs-soraq gəlməyib.

"Ən böyük səhvim Asəf Zeynallı adına musiqi kollecinə qəbul olmamağımdır. Heç zaman şöhrət arxasınca qaçmamışam. Demişəm ki, mən də adı insanlardan biriyəm. Onlardan nəyim artıqdır. Allah mənə bu səsi veribsə, o demək deyil ki, özümü öyüb hər yerdə tərufləməliyəm. Tamaşaçılar məni tərifləsin. Deyirdilər ki, Xanhüseyn Hüseynov yaxşı müğənnidir.
Həmkarlarımdan mənə deyən olmayıb ki, gəl birlikdə hansısa verilişlərə çıxaq. Bəzən olub ki, özüm zəng etmişəm, təklif etmişəm efirə çıxmağa. Onlar deyiblər ki, çıxardarıq. Amma bu, sözdə də qalıb, əməl olunmayıb", - deyə X.Hüseynov açıqlayıb.

Qeyd edək ki, Xanhüseyn Hüseynov "Jony" ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin əmisidir. “Jony” bu yay Bakıda konsertdə əmisinin müəllifi olduğu "Sən şamsan əgər" mahnısını oxuyaraq, gündəmə səs salmışdı.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO