İlahə Fəda: “Toylar başlasa, restoran işçiləri evlərinə çörək aparar”

İlahə Fəda: “Toylar başlasa, restoran işçiləri evlərinə çörək aparar”

Hazırda oxunan: İlahə Fəda: “Toylar başlasa, restoran işçiləri evlərinə çörək aparar”

11007

“Konsert və tədbirlərin keçirilməsinə icazə veriləcəyi barədə bir fikir söyləmək çətindir, bu Operativ Qərargahın verdiyi qərarlardan asılıdır”.

Bizim.Media xəbər verir ki, bunu müğənni İlahə Fəda bir müddət əvvəl qonaq olduğu verilişdə deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Xatirə İslamdan çağırış: ''Çalışın evlənməyin''


O, Tünzalə xanımın TƏBİB-i tənqid etdiyini bir həmkar kimi alqışladığını bildirib:

“Tamamilə haqlı və yerində edilmiş müraciət idi. Konsert tədbirlərinin, toyların keçirilməsinin qadağan olması sadəcə musiqiçiləri çıxılmaz durumda qoymayıb, toydan pul qazanan tək müğənnilər deyil, bu, iqtisadi bir zəncirdir”.

Müğənni əlavə edib ki, toylar başlasa, həm gözəllik salonlarında çalışanlar, həm aşpazlar, həm də digər restoran işçiləri evlərinə çörək aparar:

“Toy etməyi gözləyən gənclərimiz var. İnsanlar da stress altındadır”.

Xatırladaq ki, İlahə Fəda 1973-cü ildə Laçın rayonunda dünyaya gəlib. Kiçik yaşlarından bacısı Fədayə Laçın ilə bərabər səhnələrdə olub. Bir sıra xalq və bəstəkar mahnılarının peşəkar ifaçısı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO