Ukraynalı müğənni Rusiya vətəndaşı olacaq – VİDEO

Ukraynalı müğənni Rusiya vətəndaşı olacaq – VİDEO

Hazırda oxunan: Ukraynalı müğənni Rusiya vətəndaşı olacaq – VİDEO

109171

Rus şansonunun kraliçası, əslən Ukraynadan olan müğənni Lyubov Uspenskaya Rusiya vətəndaşı olacağını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi 5-ci kanala açıqlamasında məlumat verib. 

“Rusiyada yaşamaq arzusunda idim. Və bu gün arzum gerçəkləşir, Rusiya vətəndaşlığını alıram. Bu bayramdır, mən Rusiya vətəndaşı olmaqla daha xoşbəxt bir insan olacağam”, - deyə Lyubov bildirib. 

Ulduz həmçinin əlavə edib ki, hər kəs təkcə vətəni üçün deyil, həm də ailəsi, dostları, qohumları üçün vətənpərvər olmalıdır. 

Qeyd edək ki, Lyubov Uspenskaya Kiyevdə doğulub boya-başa çatıb. 1971-ci ildə, Uspenskayanın cəmi 17 yaşı olanda o, Kislovodska, sonra İrəvana işləməyə gedib, sonra isə İtaliyaya qaçıb.

70-ci illərin sonlarında ikinci əri Yuri ilə birlikdə ABŞ-a mühacirət edib. Orada 15 il rus restoranlarının birində çıxış edib. 1993-cü ildə Lyubov Uspenskaya Rusiyaya qayıtmaq və nəhayət Rusiya Federasiyasında məskunlaşmaq qərarına gəlib. Buraya yeganə qız varisi Tatyana ilə köçüb.
Uspenskaya Tatyananı dördüncü əri Aleksandr Plaksindən dünyaya gətirib. İndi 32 yaşlı övladı ulduz ananın köməyi ilə səhnədə karyera qurmağa çalışır.Tatyana Plaksina, Uspenskayanın özünün də qeyd etdiyi kimi, həmdə ABŞ vətəndaşıdır. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO