Bəsti Sevdiyevanın lüks mənzilindən GÖRÜNTÜLƏR - VİDEO

Bəsti Sevdiyevanın lüks mənzilindən GÖRÜNTÜLƏR - VİDEO

Hazırda oxunan: Bəsti Sevdiyevanın lüks mənzilindən GÖRÜNTÜLƏR - VİDEO

109167

Aparıcı Xoşqədəm Hidayətqızı Əməkdar artist Bəsti Sevdiyevanın Bakının mərkəzindəki lüks evinə yollanıb. 

Bizim.Media xəbər verir ki, “Günaydın Azərbaycan!” səhər şousunun canlı efirində aparıcı sənətkarın mənzilində qonaq olub. 

Yeni tikili binaların birində üç otaqlı evdə yaşayan Sevdiyevanın klassik üslubda dizayn edilmiş mənzilində bej tonlardan istifadə edilib. 
Görüntülərdə Əməkdar artistin stomatoloq gəlini Gülarə və nəvəsi Sofiya da yer alıb.  

Qeyd edək ki, Gülarə ilə Ayxanın qız toyu ötən il Rusiyada keçirilsə də, cütlüyün oğlan toyu pandemiya səbəbilə təxirə salınmışdı. Cütlüyün toyu noyabrın 10-da baş tutub. Hazırda onların Sofiya adlı bir qız övladı var. Sənətkarın Aytac adlı qızı isə 8 il əvvəl türk vətəndaşı ilə ailə qurub. Cütlüyün bir qız övladı var.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO