Akif İslamzadə: “Səsim olsaydı...

Akif İslamzadə: “Səsim olsaydı..." - VİDEO

Hazırda oxunan: Akif İslamzadə: “Səsim olsaydı..." - VİDEO

109127

“35 ildən çoxdur ki, oxumuram. Səhnədən getmişəm. Səsimi itirəndə çox fikir etdim. Amma zaman keçdi anladım ki, ən yaxşısı budur. Quranda ayə var. Orada deyilir: Siz elə bilirsiniz ki, bu sizin xeyrinizədir. Əslində isə zərərinizə işləyir. Amma zərərinizə hesab etdiyiniz, əslində xeyrinizə işləyir. Siz bunları bilməzsiniz”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Akif İslamzadə qonaq olduğu “Axşam havası” verilişində deyib.  

İllər əvvəl səsini itirən sənətkar müsahibəsi zamanı bildirib ki, bəzi həmkarları ilə adının birgə çəkilməsini istəmir:  

“İnsanın nəfsi hər zaman özündən öndə gedir. Bilmək olmaz, bəlkə də, səsim olsaydı, reklama çəkilərdim, başqa addımlar atardım. İnsanın nəfsi özündən qabaq gedir. Səs alındı, amma insanlarımızın bizə olan gözəl münasibəti verildi. Bunu heç nəyə dəyişmərəm. Sözün düzü, səhnədə elə insanlar var ki, onlarla birgə adımın çəkilməyini istəmərəm”.  
Qeyd edək ki, 36 il əvvəl müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO